Gələn il dövlət-özəl bağçaları əməkdaşlıq edəcəklər 

11:52 11.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gələn ilin sentyabr ayından bağçalarda dövlət-özəl əməkdaşlığının pilot layihədə tətbiqi nəzərdə tutulur.

Hafta.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda məsələ müzakirə olunur: "Bağçalar dövlət tərəfindən maliyyələşir, özəl sektor isə burada idarəetmə və keyfiyyəti təmin edə bilər. İlkin layihələr hazırdır və alternativ modellərin tətbiqi istiqamətində UNICEF-lə ciddi əməkdaşlıq edirik. Müzakirə mərhələsində olan digər layihə isə kiçik kəndlərdə ailə tipli məktəbəqədər təhsil modelləridir. Bu da uşaqların məktəbəqədər təhsilə cəlbinin əhatəliliyinin artırılmasına kömək edəcək".